Amerikalı müğənni Kris Braun həbs edilib.
Qaynarinfo xəbər verir ki, Braun və digər 2 nəfər Parisdə Fransa polisi tərəfindən tutulub. Həmin şəxslər Braunun hoteldəki otağında 24 yaşlı qadını zorlamaqda ittiham edilir. Hadisə 15 yanvar tarixində baş verib.
Qeyd edək ki, Kris Braun daha əvvəl sevgilisi Rihannanı döyməklə, 2016-cı ildə bir qadını silahla hədələməklə gündəmə gəlmiş, həbs edilmişdi.
Gülşən