Musiqi dünyasının tanınmış ulduzlarından biri, mərhum Maykl Ceksonun bacısı Canet Cekson hamilədir.
Publika.az xəbər verir ki, Vissam Al Mana ilə birlikdə olan tanınmış müğənni 50 yaşında ilk dəfə hamiləlik həyəcanı yaşayır.
Canet bugünlərdə mağazada əri ilə uşaq paltarlarına baxarkən görüntülənib. Onun makiyajsız olması da diqqətdən qaçmayıb. Maşına oturarkən jurnalistlərə təbəssümlə baxması isə onun indiki halından xoşbəxt olmasına işarə verir.
Qaynarinfo.Az






