
31 yanvarda Atlantdakı evində huşsuz vəziyyətdə tapılan Uitni Hyustonun qızı hələ də özünə gəlməyib.
anspress-in məlumatına görə, 22 yaşlı Bobi Kristina az qala 4 aydır ki, komadadır.
Bütün bu müddət ərzində o, Emory University Hospitalın həkimlərinin nəzarəti altında olub. Lakin bu gün məlum olub ki, Bobbini Uitni Hyustonun Corciyadakı evinə aparacaqlar. Bobbi Kristinanın doğmaları artıq onun özünə gələcəyinə inanmırlar. Qohumlar istəyirlər ki, qız evdə, rahat şəraitdə dünyasını dəyişsin.
Qohumlardan biri Amerika qəzetinə belə açıqlama verib: "Bura onun və anasının evidir. О burada rahat şəraitdə, anasının fotolarının əhatəsində olacaq. Bu dəhşətli vəziyyətdə bizim Bobbi üçün edə biləcəyimiz ən yaxşısı budur".
Lakin Bobbi Kristinanın atası onun xəstəxanadan çıxarılmasına qarşıdır. O, qızının xalası Pet Hyuston və nənəsi Sissi Hyustonla eyni fikirdə olmadığından artıq bir müddətdir ki, qohumlar arasında mübahisə gedir. Belə ki, Uitninin anası ilə bacısı gənc qızı həyatda saxlayan aparatdan ayrılmasının vaxtının çatdığını düşünürlər. Çünki komada olan qız artıq uzun müddətdir həyatı işarələr vermir. Ata isə hələ də qızının özünə gələcəyinə ümid edir.
Bobbi Kristinanın başına gələnlərdə əri Nik Qordonun günahı olduğu istisna edilmir. O, gənc həyat yoldaşını huşsuz halda hamam otağında tapdığını deyib. Lakin onun Bobbini döydüyü, sonra isə təcilə yardıma xəbər verdiyi ehtimal edilir.
İstintaq bir neçə versiya üzərində çalışır.
Qaynar.info


