Xəbər lenti

Məşhur oliqarx həbs olundu - ŞOK
Dünya13:57 26.01.2017

Məşhur oliqarx həbs olundu - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rus kiber təhlükəsizlik şirkəti "Kaspersky Lab"ın istintaq vahidi idarəçisi Ruslan Stoyanov həbs olunub.

Rusiyanın "Kommersant" qəzeti Stoyanovun vətənə xəyanət ittihamı ilə həbs olunduğunu yazıb. Xəbərdə Stoyanovun Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə aktiv əməkdaşlıq etdiyinin açıqlandığı və həbs olunmasının FSB-nin rəhbər şəxslərindən biri ilə əlaqəsiylə bağlı ola biləcəyi bildirilib.

İddia ilə əlaqədar detallar isə bilinmir.

Stoyanovun həbs olunduğunu təsdiqləyən "Kaspersky Lab" şirkəti istintaqın şirkət ilə bir əlaqəsi olmadığını qeyd edib.

Qeyd edək ki, şirkət 1997-ci ildən Moskvada antivirus proqramı təchizatçısıdır və kiber təhlükəsizlik firması olaraq qurulan "Kaspersky Lab" az qala dünyanın bütün ölkələrində fəaliyyət göstərir.

Şirkətin məhsullarından 300 milyon insan istifadə edir.(milli.az)

Qaynarinfo.Az