Xəbər lenti

Məşhur “Pianoçu” filminin ssenari müəllifi öldü
Dünya05:37 09.09.2020

Məşhur “Pianoçu” filminin ssenari müəllifi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur "Pianoçu” filminin ssenari müalllifi, britaniyalı dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.
Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur "Pianoçu” filminə görə "Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə Oskara layiq görülüb. O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə BAFTA mükafatını qazanıb. 2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi "Cəngavər” titulu verilib.