
Çəkdiyi qorxulu filmlərlə məşhurlaşan amerikalı rejissor, ssenarist və prodüser Tobi Huper dünyasını dəyişib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 74 yaşlı rejissor Los Ancelesdəki evində vəfat edib. Huperin ölüm səbəbi hələ açıqlanmayıb.
1943-cü ildə doğulmuş rejissor 1960-cı illərdə kino sektorunda kariyerasına başlamış, 1969-cu ildə ilk rejissorluq təcrübəsini yaşadığı "Eggshells" filmini çəkmişdi. Lakin film İngiltərə və dünyanın bir çox ərazisində şiddət tərkibli olduğuna görə qadağan edilib.
Tobi məşhur rejissor Steven Spilberq ssenarisi və yazıçı Steven Kinqin əsəri əsasında film çəkib.
Tobi Huperin məşhurlaşmasına əsas səbəb isə "The Texas Chainsaw Massacre" filmi olub.
Gülşən
Qaynarinfo.Az
