
90-cı illərin məşhur reperi MC Hammer həbs edilib.
Qaynar.info-nun məlumatına görə, Şimali Kaliforniya ştatının polis rəisinin verdiyi açıqlamaya görə, MC Hammer qeydiyyat müddəti bitmiş avtomobil idarə etdiyi və polisin saxla əmrinə itaət etmədiyi üçün həbs edilib.
Açıqlamada Hammerin fevralın 21-də qırmızı işıqda gözlədiyi zaman baş verən hadisədə polisə qarşı müqavimət göstərdiyi və istifadə etdiyi avtomobilin sahibinin kim olduğunun bilinmədiyi deyilib.
Qaynar.info