
ABŞ-ın məşhur rok ifaçısı Lou Rid 71 yaşında dünyasını dəyişib.
Anspress-in məlumatına görə, ABŞ-ın nəğməkar şairi və gitaraçısının ölümü xəbərini Amerikanın musiqi jurnalı olan Rollinq Stounz yayıb. Bazar günü vəfat etmiş Rid, may ayında qaraciyər köçürmə əməliyyatı keçirib. 1942-ci ildə Nyu-Yorkun Bruklin qəsəbəsində doğulmuş şair-gitaraçı əfsanəfi Vilvet Anderqraund rok qrupu ilə şöhrət qazanıb, Ridin yazdığı mahnıların o vaxtkı nəsillərə əhəmiyyətli təsiri olub.
60-cı illərdə Vilvet Anderqraund rok qrupunu tərk edən Rid, 70-ci illərdə solo-karyeraya start verib rok sənətinin əsas ulduzlarından birinə çevrilib. Rid son zamanlar bir sıra səhiyyə problemləri ilə üzləşsə də, müsahibələrində hər zaman nikbin olub.
"Mən müasir təbabətin, səhiyyənin və kimyanın uğurlu nailiyyətiyəm, özümü həmişəkindən daha güclü hiss edirəm", - deyə sənətkar sosial şəbəkədə qoyduğu şərhlərindən birində deyib. Rok əfsanəsinin ölüm xəbəri yayıldıqdan sonra sosial şəbəkələrdə kütləvi şəkildə başsağlığı statusları yazılıb.
Qaynar.info