Rusiyalı məşhur aktyor Aleksey Buldakov vəfat edib.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqraflar İttifaqının Aktyorlar Gildiyasının mətbuat xidməti məlumat yayıb.
68 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Buldakov "Milli ovun xüsusiyyətləri" adlı filmdə canlandırdığı Mixalıç rolu ilə məşhurlaşıb.
Gülşən