"Keçirip koyunuzdar!”
Qaynarinfo xəbər verir ki, bu sözləri Andrey Malaxov özünün "Canlı efir” verilişində qırğızıstanlı milyarderin oğlu Aleksandr Maruqovun ölümü ilə bağlı dediklərinə görə üzr istəyərkən deyib. O, əvvəlcə sözlərinin səhv başa düşüldüyünü qeyd edərək, qırğız xalqına ana dilində müraciət edib.
Malaxov qeyd edib ki, həm öz adından, həm də canlı şouda çalışan bütün komandadan üzr istəyir: "Verilişimiz bütün dünyada izlənilir. Ölkəsindən və millətindən asılı olmayaraq, bütün izləyicilərimizi eyni dərəcədə sevir və hörmət edirik”.
Xatırladaq ki, qalmaqal "Canlı efir" verilişinin "Kolbasa kralının oğlunun müəmmalı ölümü: qəza, yoxsa planlı qətl?” başlıqlı verilişindən sonra yaranıb. 24 sentyabr proqramının mövzusu milyarder Vladimir Maruqovun 25 yaşlı oğlu Alexander Maruqovun ölümü olub. O, motosikletlə gedərkən Qırğızıstan vətəndaşı olan sürücü 22 yaşlı İslambek Əkbərovun idarə etdiyi taksi ilə toqquşub. İlkin ehtimala görə, Əkbərov qəzanın günahkarı hesab edilib. Malaxov canlı yayımda Əkbərovun pul üçün kolbasa kralının oğlunu "qəsdən öldürə” biləcəyi iddiasını irəli sürüb. Bu, Qırğızıstan vətəndaşları arasında qəzəbə səbəb olub. Onlar aparıcının üzr istəməsini tələb edib.
Ölümlə nəticələnən qəza 8 iyul 2019-cu ildə Moskvada baş verib. Əkbərov səhlənkarlıq nəticəsində ölümcül qəza törətmək ittihamıyla iki ay müddətinə həbs edilib.
Alpər