Xəbər lenti

Məşhur sənətçi məcburi hərbi xidmətə gedir
Dünya13:00 17.09.2023

Məşhur sənətçi məcburi hərbi xidmətə gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyaca məşhur K-pop qrupunun üzvü, cənubi koreyalı Suqa sentyabrın 22-də məcburi hərbi xidmətə başlayacaq. 
Qaynarinfo "Yonhap"a istinadsən xəbər verir ki, bu barədə sənətçinin "BigHit Music" agentliyi məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, 30 yaşlı sənətçi alternativ xidmət göstərməklə ölkəsi qarşısında borcunu yerinə yetirəcək. Qurumdan verilən məlumata görə, o, bələdiyyə idarələrinin birində çalışacaq.
Bildirlir ki, Koreya Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi bu qərarın səbəbini açıqlamayıb. Bununla belə, jurnalistlərin fikrincə, Suqanın ənənəvi hərbi xidmətə göndərilməsindən imtina musiqiçinin səhhətindəki problemlərlə bağlıdır.
2020-ci ildə BTS üzvü debütündən əvvəl yaraladığı çiynindən əməliyyat olunub. Sonra sənətçi yarım ştatda kuryer işləyib və iş günlərinin birində onu maşın vurub. Suqa uzun müddət həmkarlarına və staj keçdiyi "BigHit" işçilərinə bu barədə heç nə deməyib. Sonradan etiraf edib ki, gələcək qrupdan qovulmaqdan qorxub.
Eyni zamanda, sənətçinin orduya getmə tarixini elan edən nümayəndələri pərəstişkarlarına onun xidmət yerinə getməməsini şiddətlə tövsiyə ediblər.
Suqa qrupun orduya qatılan üçüncü üzvü olacaq. Jin 2022-ci ilin dekabrında hərbi xidmətə yollanıb, J-Hope isə bu ilin aprelində buna əməl edib. Jin və J-Hope-dan fərqli olaraq, Suqa adi döyüş vəzifəsinə yararsız hesab edilib. Bütün əmək qabiliyyətli kişilər orduda xidmət etməli olduğu halda, sağlamlıq problemi olanlar alternativ xidmətlərə, o cümlədən bələdiyyə idarəsində işləməyə təyin edilə bilər.
Aydın