Xəbər lenti

Məşhur serial mükafatı geri qaytardı
Dünya06:57 14.11.2016

Məşhur serial mükafatı geri qaytardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

43-cü “Altın Kelebek” mükafatları öz sahiblərinə təqdim olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecədə ilin ən yaxşı serialı olan “Diriliş Ertuğrul” mükafatını geri qaytarıb.

Bu barədə ekran işçinin prodüseri və ssenaristi məlumat verib.

Mehmet Bozdağ mükafat aldıqdan sonra ona söz verilmədiyi üçün belə bir addım atıb.

“Mükafata layiq idik. Çünki ekran işi 3 mövsümdür ki, reytinqdə birinci sıradadır. Biz mükafatı alanda bizə səs verən xalqın nümayəndələrinə təşəkkürümüzü bildirmək istəyirdik. Hər bir mükafatı alan şəxsə söz verildi, bizə isə yox. Bunu hörmətsizlik kimi qəbul edirik və mükafatı geri qaytarırıq”.

Qaynarinfo.Az