Xəbər lenti

Məşhur serial ulduzunun meyiti tapıldı
Dünya05:59 20.08.2013

Məşhur serial ulduzunun meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

29 yaşlı amerikalı aktyor Li Tompson Yanqın Los-Ancelesdəki evində cəsədi tapılıb.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kaliforniya ştatının hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, aktyor özünə qəsd edib. 

Aktyor çəkiliş meydançasına gəlmədikdə onun agenti narahat olmağa başlayıb və polisə məlumat verib. Polis onun evini yoxlayarkən cəsədini tapıb.

Qeyd edək ki,  Li Tompson Yanq "Klinika", "Yaxşı oğlanlar", "Hadisə" kimi məşhur seriallarda rol alıb. 

Qaynar.info