Xəbər lenti

Məşhur stadion xəstəxanaya çevrildi
Dünya15:50 10.05.2020

Məşhur stadion xəstəxanaya çevrildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyanın Rio de Janeyro şəhərində yerləşən dünyaca məşhur Marakana stadionu koronavirus pandemiyası səbəbilə xəstəxanaya çevrilib.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Stadionun ətrafında 38 günə inşa edilən modul tipli xəstəxana istifadəyə verilib. 400 çarpayılıq xəstəxanada ağır vəziyyətdə olan xəstələr müalicə alacaqlar.
Qeyd edək ki, Braziliyada indiyədək 155 min 939 nəfər koronavirusa yoluxub, onlardan 10 min 627-i vəfat edib.