
Hadisə London yaxınlığındakı Kroydon səmtində baş verib
Dünyanın ən sürətli adamı Yamaykalı sprinter Hüseyn Boltun avtoqraflı ayaqqabıları İngiltərənin paytaxtı London yaxınlığındakı Kroydon səmtindən oğurlanıb.
ANS PRESS-in məlumatına görə, qiyməti 20 min sterlinq olan avtoqraflı ayaqqabıların oğurlandığını "Twitter"dəki hesabından bildirən 27 yaşlı sprinter yazıb: "Bilirəm, məni sevirsiniz, lakin Kroydondakı ayaqqabıları niyə oğurlamısınız? Geri gətirəcəksiniz, elə deyilmi?"
Narıncı rəngli ayaqqabıların nə vaxt oğurlandığı müəyyən edə bilməyən London polisi oğurluq hadisəsinin 26-28 aprel tarixlərində baş vermiş ola biləcəyini düşünür.
Qaynar.info


