Xəbər lenti

Məşhur yazıçı qadınları zorlamağa çağırdı - QALMAQAL
Dünya15:41 29.05.2013

Məşhur yazıçı qadınları zorlamağa çağırdı - QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanından olan bir mühafizəkar yazıçının "Twitter"də yazdığı post ölkəni bir-birinə qatıb.

ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yazıçı "Twitter"də öz izləyicilərini böyük ərzaq dükanlarında qadınların kassir işləməsinin qarşısını almaq üçün onları cinsi istismar etməyə çağırıb.

Abdulla Məhəmməd Əl Davud "harass_female_cashiers" heştegi ilə yazdığı postunda ölkə rəhbərlərinin həyata keçirdiyi iqtisadi və sosial islahatlara qarşı çıxıb və qadınların evdə oturaraq öz "namuslarını" qoruması üçün marketlərdə işləyən qadın kassirləri təqib etməyə çağırıb.

Onun bu hərəkəti bəzilərini qəzəbləndirsə də, hökumətin ölkəni qərbləşdirmək cəhdlərinə qarşı çıxdığına görə yazıçını alqışlayanlar da tapılıb.  

Qaynar.info