
2014-cü ildə aralarında Cennifer Lourens, Kim Kardaşyan və Rianna kimi çox sayda məşhurun şəxsi şəkillərinin internetə sızdırılması ilə bağlı davam etdirilən istintaq prosesi başa çatıb.
Qaynar.info oxu.az-a istinadən bildirir ki, məsələ ilə əlaqədar saxlanılan 36 yaşlı Rayan Kollinz günahını etiraf edib.
Həmin şəxs aralarında məşhurların da olduğu 50 iCloud hesabı və 72 Gmail hesabından fotolar oğurlayaraq internetə sızdırıb.
Kollinz etdiyi əmələ görə 5 ilə qədər həbs ilə mühakimə olunacaq və 250 min dollar pul cəriməsi ödəməli olacaq.
Ancaq hakerin hücumuna məruz qalan qurbanların ona qarşı maddi və mənəvi təzminat iddiası açmaq hüquqları var. Bu səbəbdən amerikalının ödəyəcəyi pul cəriməsi olduqca yüksək məbləğə çata bilər.



