Xəbər lenti

Məşhurların olduğu təyyarə qəzaya düşdü: Çox sayda ölü var (VİDEO)
Dünya06:50 25.11.2019

Məşhurların olduğu təyyarə qəzaya düşdü: Çox sayda ölü var (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konqo Demokratik Respublikasının Qoma şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 30-a çatıb.
"Busy Bee” şirkətinə məxsus layner havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq, evlərin üzərinə düşüb. Ardınca güclü yanğın baş verib. Hadisə zamanı təyyarənin göyərtəsində 2 pilot və 19 sərnişin olub. Onların hamısı dünyasını dəyişib. Ölən digər şəxslər isə qəza zamanı mənzildə olan sakinlərdir.
Məlumata görə, təyyarədəki şəxslərin bəziləri ölkənin tanınmış simaları olub. Lakin onların kimliyi hələlik açıqlanmır.