
Argentina millisinin daha 2 ulduz futbolçusu yığma karyerasını başa vurub.
Qaynarinfo.az xəbər verir ki, kapitan Leonel Messinin ardınca Xavyer Maskerano və Serxio Aquero da əsas komandadan getməklə bağlı qərar verib. Onlar belə bir fikrə nə üçün gəldiklərini açıqlamayıblar.
“Barselona”nın 32 yaşlı müdafiəçisi və “Mançester Siti”nin 28 yaşlı hücumçusunun bu addımını komandanın digər aparıcı futbolçuları da təkrarlaya bilərlər. Yığmanın aparıcı üzvlərindən Anxel di Mariya, Qonsalo İquain, Esekiel Lavessi və Lukas Bilyanın da milli karyerasını bitirəcəyi gözlənilir.
Qeyd edək ki, Argentina ABŞ-da keçirilən Amerika Kubokunda ("Kopa Amerika") Çiliyə ardıcıl ikinci dəfə penaltilər seriyasında uduzub - 2:4. Leonel Messi və Lukas Bilya qapını dəqiq nişan ala bilməyiblər.
Qaynarinfo.az