Argentinalı futbolçu Lionel Messi həyatından bəhs edən animasiya serialı üzərində işləyir.
Qaynarinfo xəbər verir ki, layihənin yaradılmasında ona "Sony Music Entertainment" kömək edir.
Şou Messinin böyüməsinə diqqət yetirəcək və uşaq tamaşaçıları üçün nəzərdə tutulub. Serialın hansı striminq xidmətlərinin və ya telekanalların yayımlayacağı hələ məlum deyil.
Messi futbol tarixinin əsas oyunçularından biri hesab olunur. O, 2004-cü ildən 2021-ci ilə qədər "Barselona"da oynayıb və 2022-ci ildə Argentina ilə Dünya Kubokunu qazanaraq, Çempionlar Liqası, Cənubi Amerika çempionatı və Olimpiya qızıl medallarına əlavə edib.
Alpər