Xəbər lenti

Metroda “koronavirus“ zarafatı edən gənc həbs olundu
Dünya16:41 15.03.2020

Metroda “koronavirus“ zarafatı edən gənc həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanda "koronavirus" zarafatı edən gənc saxlanılıb.
Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, 23 yaşlı blogger Almatı şəhərində metrolardan birində pandemiya xəbərləri yayıldığı bir vaxtda insanlarla zarafat etmək qərarına gəlib. O, yalandan insanların üstünə öskürərək onlarda təşviş yaradıb.
Öz hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə yerləşdirən blogger bununla da hüquq mühafizə orqanlarının diqqətini çəkib. O, saxlanılaraq polis bölməsinə gəlib. Etdiyi hərəkətə görə peşman olan və üzr istəyən gənc 10 sutkalıq həbs olunub.