
Yaralıların ilkin siyahısı hazırlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində, metroda baş verən partlayış nəticəsində yaralananlar arasında azərbaycanlı da var.
İstiPress-in “Life.ru”ya istinadən verdiyi xəbərə görə, tibbi xidmət əməkdaşları partlayış nəticəsində xəsarət alanların ilkin siyahısını dərc edib.
Həmin siyahıya əsasən yaralılar arasında bir nəfər azərbaycanlı da var. O, 28 yaşlı Zaur Vəliyevdir.
Qaynar.Az