
Fevralın 22-dən 23-ə keçən gecə, saat 5-6 radələrində Meydan Tv-nin Berlindəki ofisinə naməlum şəxslər tərəfindən hücum olub.
İnşaatda istifadə olunan kərpic daşla ofisin qapı və pəncərələri sındırılıb. Hələlik Berlin polisi hadisənin kimlər tərəfindən həyata keçirildiyi haqqında heç bir məlumata sahib olmadığını bildirib.
Meydan Tv-nin rəhbəri Emin Milli hücuma səbəb kimi bir müddət öncə Almaniyanın ən populyar media orqanlarından biri "Zeit" qəzetinə verdiyi müsahibədən sonra ola biləcəyini deyib.
Hal-hazırda alman polisi bütün bu faktların bir-biriylə bağlı olub-olmaması haqqında araşdırma aparır. Hadisə yerindən video hazırlanır. Bir neçə dəqiqədən sonra yerləşdiriləcək. (Meydan.tv)
Qaynar.info






