Xəbər lenti

“Meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq” - Bəhlul Mustafazadə
İdman 22:51 09.10.2025

“Meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq” - Bəhlul Mustafazadə

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.

"Qafqazinfo” xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:

"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq”.

- Millinin ən çox formada olan oyunçularından birisən. "Qarabağ”ın heyətində də Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?

- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqqında danışmışıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur, hazırlığımız yaxşıdır, sabah yaxşı mübarizə aparacağıq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->