Çinlə bağlı daha bir maraqlı xəbər yayılıb. Qaynar.info xəbər verir ki, meyit yandırmaqla məşğul olan dövlət idarələri planı doldurmaq üçün cəsəd satın almağa başlayıb.
Çində bir çox ailə yaxınlarının meyitlərini basdırmaq istəyir. Hökumət isə böyük ərazilərin məzarlıqlara çevirilməməsi üçün ölən insanların yandırılmasına üstünlük verir.
Bir müddət əvvəl ölkənin cənubundakı Quanqşi bölgəsindəki Beiliu şəhərinin bir sakini babasının meyitinin məzardan oğurlandığını bildirmişdi. Bundan sonra araşdırmalara başlayan polis şəhərdə Zonq adlı bir qəbristanlıq oğrusunu yaxalayıb.
Rəsmi "Xinhua" xəbər agentliyinin məlumatına görə, Zonq ətraf kəndlərdəki məzarlıqlardan 20-dən artıq meyit oğurladığını etiraf edib. O, oğurladığı cəsədləri paketləyərək qonşu Quanqdonq bölgəsinə apırırmış. Burda isə onları satırmış.
Hökumətin qoyduğu aylıq meyit yandırmaq planını doldurmağa çalışan bu işlə məşğul olan dövlət idarələri meyitləri müəyyən məbləğ qarşılığında satın alırmış. Artıq polis He və Donq adlı iki idarə rəsmisini həbs edib.
Məlumata görə, indiyədək 10 meyit alan Donq hər cəsədə görə təxminən 381 manat (489 dollar) ödəyirmiş. İndiyə qədər nə qədər meyit aldığı bilinməyən He isə hər cəsədə təxminən bunun yarısını - 200 manat verirmiş.
Qaynar.info