Xəbər lenti

Meymunların şəkillərini çəkdi, başına gəlməyən qalmadı (FOTOLAR)
Dünya14:27 23.07.2017

Meymunların şəkillərini çəkdi, başına gəlməyən qalmadı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəhşi təbiətdən çəkdiyi fotolarla məşhur olan britaniyalı fotoqraf Deyv Sleytr kameranı müvafiq yerə yerləşdirərək meymunun düyməni basaraq "selfie" çəkməsinə nail olmuşdu.

"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, nəsli kəsilməkdə olan heyvanların fotolarını çəkməyi qarşısına məqsəd qoyan fotoqraf İndoneziyaya səfəri çərçivəsində də bu istəyini reallaşdırmağa çalışır. Nəsli kəsilməkdə olan 2 tünd qara meymunu çəkməyə çalışan Sleytr meymunlardan birini bir neçə yüz metr məsafədən görür və çəkir. Növbəti gün isə çox sayda meymuna daha da yaxınlaşan fotoqraf kamera ilə onların özlərini çəkməsi üçün şərait yaradır. Ortaya yüzlərlə uğursuz, məzəli, həmçinin möhtəşəm fotolar çıxır. Britaniyaya qayıdandan sonra fotolarını ictimaiyyətə təqdim edən Deyv çoxlu pul qazanır, həmçinin fotoları dünyada 50 milyon dəfədən çox yayımlanır. Lakin bu fotolar onun fotoqraf kariyerasının sonlanması ilə nəticələnir. 

Heyvan hüquqlarının müdafiəçiləri fotoların müəlliflik hüququnun meymunlara aid olmasını iddia edir və məhkəmə prosesi start götürür. Fotoqraf bildirir ki, fotoların müəllifi odur, çünki texnikanı quraşdırıb, ideya verib, prosesi idarə edib.

"Techdirt" bloqunun, "Wikipedia"nın, heyvan hüquqları uğrunda mübarizə aparan PETA təşkilatının daxil olduğu proses və fotoqraf əleyhinə kampaniya onun kariyerasına ciddi təsir göstərib.

Məhkəmə Deyvin leyhinə qərar çıxarıb və heyvanların müəlliflik hüququnun olmasının mümkünsüzlüyünü bildirib. Bu qərara baxmayaraq, Deyv Sleytr həyatının məhv olduğunu deyir. O bildirir ki, depressiyadan əziyyət çəkir və ailəsini təmin edə bilmir. Qazandığı pulları öz hüququnu müdafiə etmək üçün xərclədiyinə görə artıq sadə ehtiyaclarını belə ödəməkdə acizdir və şəkil çəkməyi dayandırıb.

Gülşən

Qaynarinfo.Az