Xəbər lenti

Meymunlarla dost olan oğlanı Tanrı elan etdilər
Dünya16:52 10.03.2018

Meymunlarla dost olan oğlanı Tanrı elan etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Karnataka əyalətinə bağlı Darvad bölgəsində yaşayan 2 yaşlı Samart Banqari meymunlarla qurduğu ünsiyyətə görə Tanrı elan edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Samart meymunlarla ünsiyyət qura və dostlaşa bilir. Əhali onu bu xüsusiyyətinə görə müqəddəs və ya Tanrı adlandırır. 
Azyaşlının əmisi Barama Reddi 6 ay əvvəl evlərinin önündə oynayan uşağın ətrafının meymunlar tərəfindən əhatələndiyini görüb. Samartın meymunların hücumuna məruz qaldığını düşünən Reddi daha sonra uşaqla heyvanlar arasında xüsusi ünsiyyətin yarandığının fərqinə varıb.
O gündən sonra meymunlarla vaxt keçirən Samart yeməyini bu canlılarla bölüşməyi unutmur.
Gülşən