
Danimarkanın Olborq şəhərindəki zooparkdakı meymunun ana sevgisi izləyənləri duyğulandırıb. Qaynar.info xəbər verir ki, buna səbəb balaca meymunun anasının əməliyyat edilməsi olub.
Belə ki, 40 yaşlı "Jutta" adlı şimpanzenin iki dişi qırılıb. Zooparkın həkimləri onu əməliyyat etmək qərarına gəlib. "Jutta"nın qızı "My" anasından ayrılmaq istəməyib və əməliyyatı onu qucaqlayaraq izləyib.
Qaynar.info