Birgə İstintaq Qrupu (JIT) MH17 reysinin vurulmasında Vladimir Putinin birbaşa əli olduğunu bəyan etdikdən sonra hökumət koalisiyasına daxil olan Niderlandın D66 partiyası Rusiya səfirinin ölkədən çıxarılmasını təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə NOS nəşri
yazır.
Qeyd olunur ki, D66 Niderlandın Baş naziri Mark Rütteni Avropa İttifaqı sammitindəki həmkarlarını Rusiya səfirlərinin ölkədən çıxarılmasına da əl atmağa çağırmağa dəvət edib.
Öz növbəsində Rütte izah edib ki, Kremllə əlaqə kanallarının açıq saxlanılması vacibdir. Niderland Rusiya səfirini ölkədən çıxarsa, Moskva da, demək olar ki, Niderland səfiri ilə eyni şeyi edəcək.
Çərşənbə günü Rusiyanın Niderlanddakı səfiri MH17 işi ilə bağlı Putinin fəlakətdə iştirakına dair istintaqın nəticələrinə görə XİN-ə çağırılıb.
Qeyd edək ki, istintaq qrupu bu qənaətə gəlib ki, "DXR” yaraqlılarına "Buk” zenit-raket kompleksinin verilməsi barədə qərarın Rusiya prezidenti Vladimir Putin tərəfindən ötürüldüyünü düşünmək üçün kifayət qədər əsaslar var.
Nizami Bağırov