
"Əğər hökümət edam cəzasının geri qaytarılması üçün Türkiyə Böyük Millət Məclisinə bir qanun layihəsi, təklifilə gəlirsə, MHP bunu dəyərləndirəcək və qarşılıqsız buraxmayacaq".
"Qaynarinfo.Az" xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərakat Partiyasının rəsmisi Erkan Akçay deyib.
Partiya rəsmisi dövlət çevrilişi cəhdinə görə hakimiyyəti qınayıb: "Başqanlıq xəyalı quran adamların ən yaxınında, 24 saat yanında olan insanlar belə bunlara xəyanət edibsə, bu ölkə bunlara necə tapşırıla bilər? Əlbətdə, MİT, kəşfiyyat və dövlət rəhbərliyi işlərini yaxşı qurmaszsa, kimlərsə bu qurumlara yol tapa bilər və hər cür cinayət işləmək cürətini özündə tapa bilər".
Edam cəzasının bərpa olunması ilə bağlı müzakirələri xatırladan Akçay "Biz, Milliyətçi Hərəkat Partiyası olaraq deyirik ki, vətən xainlərinin, terroristlərin və terror təşkilatlarının başçılarının qələmi artıq qırılmalıdır" deyərək, yanındakı qələmi qırıb.
"Gün-gündən artan terror olayları qarşısında da bu gündəmə gətirilmişdi, amma bu gün dövləti idarə edənlər bu mövzuda çox gec qaldı. Vətən xainləri, terroristlər edam cəzasının olmamasından cürətlənir" deyə Erkan Akçay əlavə edib.
Qızılgül
Qaynarinfo.Az