Böyük Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin rəhbəri çərşənbə günü Ukraynadakı müharibədən qəzəblənən rusiyalıları onun rəhbərlik etdiyi kəşfiyyat xidməti ilə "qüvvələrini birləşdirməyə" və qan tökülməsinə son qoymağa çağırıb.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bu barədə Mur çərşənbə günü Britaniyanın Praqadakı səfirliyində çıxışı zamanı
bildirib.
2020-ci ildə kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə keçdikdən sonra ikinci çıxışında Mur Rusiyanın Ukraynadakı mövqeyini bərpa etmək perspektivlərinin çətin olduğunu söyləyib.
Praqada çıxışı zamanı o, Ukraynadakı mövcud vəziyyəti 1968-ci ilin Praqa hadisələri ilə müqayisə edib.
"Öz liderlərinin xəyanətkarlığının, çəkişmələrinin və səriştəsizliyinin şahidi olan bir çox rusiyalılar 1968-ci ildəki sələfləri ilə eyni dilemmalarla mübarizə aparırlar", - Mur bildirib.
"Onları son 18 ayda başqalarının etdiklərini etməyə və bizimlə güclərini birləşdirməyə dəvət edirəm. Qapımız həmişə açıqdır... Bizimlə onların sirləri təhlükəsiz olacaq və birlikdə qan tökülməsinə son qoymağa çalışacağıq", - Mİ6-nın rəhbəri əlavə edib.
O, həmçinin İranın Moskvaya PUA tədarük etmək qərarını "həyasızlıq” və Tehran rejiminin ən yüksək səviyyəsində daxili qarşıdurmalara səbəb olan qərar adlandırıb.
Nizami Bağırov