Xəbər lenti

Microsoftdan yeni proqramlar
Dünya18:24 13.11.2013

Microsoftdan yeni proqramlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Microsoft şirkəti Surface internet-planşetləri üçün yeni proqramlar dəsti təqdim edib

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni proqramlar Touch Cover və Typer Cover versiyalarının məhsuldarlığını artıracaq, kameraların işini yaxşılaşdıracaq. Bundan başqa, yeni dəst yenilənmiş Wi-Fi və Bluetooth drayverlərinə malikdir. Burada eyni zamanda sistemin ümumi stabilliyi artırılıb və akkumulyatorun qüvvə ehtiyatı azaldılıb.
 
Hazırda şirkət Intel çipləri üzərində Surface Pro 2 üçün yeni proqram buraxmır. Birinci nəsil Surface RT planşetləri də müəyyən yeniliklər əldə ediblər, lakin onlar Windows RT 8.0 versiyaları ilə bağlıdır, 8.1 versiyasına keçmiş müştərilər yeni proqramlardan istifadə edə bilmirlər.
Windows RT üçün yenilənmələrə gəldikdə isə, burada Microsoft yapon klaviaturalı əməliyyat sisteminin işini yaxşılaşdırıb.
 
Surface Pro Microsoft ilk versiyalarının istifadəçilərinə LifeCam drayverlərinin yenilənməsi ilə yanaşı, Wi-Fi və Bluetooth ilə iş üçün yeni proqram tərkibi təklif edib.


Qaynar.info