İdman 09:12 14.08.2022

Mikayıl Cabbarov: “23 medal Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”

"V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov  tviter hesabında yazıb.

"Bu əzmkar qələbə ilə komandamıza və ölkəmizin layiqincə təmsil olunmasına mühüm töhfə verən güləşçilərimizi və məşqçi heyətini təbrik edirik”, - nazir əlavə edib.