Xəbər lenti

Millət vəkili Ərdoğana "terrorun atası" dedi
Dünya07:58 13.07.2016

Millət vəkili Ərdoğana "terrorun atası" dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İncirlik hərbi bazası ilə bağlı Almaniya kansleri Angela Merkelin tələblərini rədd etməsini tənqid edən alman deputat Sahra Vagenknext Ankaranın ünvanına sərt ifadələr işlədib. 
Qaynarinfo.Az xarici mediaya istinadən xəbər verir ki, alman deputatların İncirlikdəki alman hərbçilərin ziyarət edilməsinə rəsmi Ankaranın icazə verməməsi ilə bağlı danışan millət vəkili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib. O, prezidenti "şantajçı və terrorun atası" adlandırıb.
Vagenknextin Ərdoğana ünvanladığı sözləri Avropa Parlamentində, terror təşkilatı PKK-nın lideri Abdulla Öcalan və PYD üzvü terroristlərin fotosərgisinin açılışı ilə eyni günə təsadüf etməsi birmənalı qarşılanmayıb. Belə ki, Almaniyanın terror təşkilatı PKK-nı dəstəklədiyi istiqamətindəki iddialar da artıq təsdiqini tapır.
Qaynarinfo.az