
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Tuncəli millət vəkili Kamər Gənc bu gecə avtomobil qəzasına düşüb.
Publika.az xəbər verir ki, İstanbuldan paytaxt Ankaraya qayıdan Gəncin avtomobilinə çırpılan digər avtomobilin sürücüsü içkili olub. Xoşbəxtlikdən millət vəkili qəzadan sağ çıxıb.
Qeyd edək ki, CHP-li millət vəkili tez-tez Böyük Millət Məclisində qeyri-adi hərəkətləri və həmkarları ilə davaları ilə yadda qalır.
Qaynar.info