Xəbər lenti

Milli komandamız böyük hesabla uduzdu
İdman14:46 12.11.2014

Milli komandamız böyük hesabla uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib. Qaynar.info xəbər verir ki, komandamızın rəqibi Slovakiya olub.
Belçikanın Dunaujvaroş şəhərindəki "Ezsperanto Ut" stadionunda baş tutan oyunda hesabı 41-ci dəqiqədə Filip Lesniak açıb. Budaq Nəsirov 50-ci dəqiqədə penaltini qola çevirərək hesabı bərabərləşdirsə də, millimizin sevinci 2 dəqiqə çəkib. Belə ki, 52-ci dəqiqədə Yakub Hromada 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə Tomaş Vesteniçki, 84-cü dəqiqədə Miroslav Kaçer millimizin qapısına yol tapıb və Slovakiya 4:1 hesablı qələbə qazanıb.
Qrupun digər matçında meydan sahibi Macarıstan Sloveniyanı sınağa çəkib. 2 qolun vurulduğu oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan ilk turda Belçika ilə "sülh" bağlayıb - 1:1. Slovakiya isə Sloveniyanı 2:1 hesabı ilə yenib. Millimiz son turun oyununu noyabrın 15-də Sloveniyaya qarşı keçirəcək.
Avropa çempionatı
Seçmə mərhələ
4-cü qrup, 12 noyabr
Slovakiya - Azərbaycan 4:1
Qollar: Filip Lesniak, 41. Yakub Hromada, 52-pen. Tomaş Vesteniçki, 68. Miroslav Kaçer, 84 - Budaq Nəsirov, 50-pen.
Slovakiya: 1. Marek Rodak, 2. Andrey Kadlek, 3. Denis Vavro, 6. Dominik Kruzlyak, 7. Miroslav Kaçer (8. Laşlo Benes, 87), 9. Tomaş Vesteniçki (18. Robert Polievka, 77), 10. Yakub Hromada (k), 11. Filip Lesnyak, 13. Lukaş Çmelik (16. Martin Vlçek, 90), 14. Nikolas Spalek, 15. Simon Kupeç.
Ehtiyat oyunçular: 12. Martin Yunas, 4. Rener Kotrik, 17. Lukaş Haraslin.
Baş məşqçi: Milan Malatinski.
Azərbaycan: 1. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 4. Bəhlul Mustafazadə, 5. Yusup Hakimov, 6. Budaq Nəsirov, 7. Mahir Mədətov (13. Benhur Kama, 65), 9. Fəhmin Muradbəyli, 10. Mansur Nahavandi (k) (16. Emin Zamanov, 60), 15. Renat Ağaverdiyev, 17. Elnur Cəfərov (14. Yusif Nabiyev, 84), 23. Vadim Ağarahimov.
Ehtiyat oyunçular: 12. Ağaseyid Həşimov, 18. Təyyar Məmmədov, 19. Elnur Suleymanov, 21. Əfsər Məmmədov.
Baş məşqçi: Nikolay Adam.
Sarı vərəqələr: Lukaş Çmelik, 3. Simon Kupeç, 50. Miroslav Kaçer, 78 - Yusup Hakimov, 77.
Qırmızı vərəqə: Yusup Hakimov, 81.
Hakimlər: Eli Hakmon, David Morhaim (İsrail), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Dunaujvaroş. "Ezsperanto Ut" stadionu.
Sloveniya - Macarıstan 1:1
Qollar: Alen Ozbolt, 45+1 - Barnabas Raks, 64-pen.
Hakimlər: Con Beaton, Qrem Stuart (Şotlandiya), Matteo Passeri, Marko Quyda (İtaliya).
Tatabanya. "Qrosiçs Qyula" stadionu.

1

Slovakiya

2

2

0

0

6:2

6

2

Macarıstan

2

0

2

0

2:2

2

3

Sloveniya

2

0

1

1

2:3

1

4

Azərbaycan

2

0

1

1

2:5

1

Qaynar.info