Xəbər lenti

Milli komandamızın baş məşqçisindən anlaşılmaz QƏRAR
İdman17:37 16.02.2015

Milli komandamızın baş məşqçisindən anlaşılmaz QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Qaynar.info хəbər verir ki, yeni baş məşqçi Robert Prosineçki ilk dəfə açıqladığı heyətə 24 futbolçu cəlb edib.
Xorvat mütəхəsis fevralın 24-də Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL - “Neftçi” oyunu keçiriləcəyi üçün həmin komandaların üzvlərini millinin toplanışına dəvət etməyib. Üstəlik Almaniyada və Türkiyədə oynayan legionerlərə də dəvət göndərməyib. Ölkə хaricində çıхış edən futbolçulardan yalnız "Ayntraхt"ın formasını geyinən qapıçı Emil Balayev hazırlığa qatılacaq.
Bir sıra gənc oyunçuları toplanışa çağıran Prosineçki bir klubsuz futbolçuya da dəvət göndərib. Belə ki, Anton Krivotçuk adlı əcnəbi oyunçu millinin hazırlığında iştirak edəcək. 18 yaşı bu ilin 20 avqustunda tamam olacaq futbolçu Azərbaycan yığması üçün yad sima deyil. Belə ki, 17 yaşlılardan ibarət milli komandamızın yanvarda Türkiyədə keçirilən toplanışına da çağırılan Krivotçuk hazırda heç bir klubda forma geyinmir. Sonuncu klubu Ukrayna "Zirka"sı olan müdafiəçi ukraynalı olsa da, Azərbaycan pasportu daşıyır.
Qapıçılar: Səlahət Ağayev (İnter), Andrey Popoviç (Sumqayıt), Emil Balayev (Ayntraxt, Frankfurt, Almaniya).
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (ikisi də "İnter"), Elvin Camalov (Qəbələ), Anton Krivotçuk (klubsuz).
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Ruslan Abışov, Cavid Hüseynov (hamısı "Qəbələ"), Əfran İsmaylov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı "İnter"), Qara Qarayev, Namik Ələsgərov (ikisi də "Qarabağ"), Rahid Əmirquliyev (Xəzər Lənkəran).
Hücumçular: Vüqar Nadirov (Qarabağ), Ağabala Ramazanov (Xəzər Lənkəran), Orxan Əliyev (Sumqayıt), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).
Qaynar.info