Xəbər lenti

Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
Ölkə 13:16 01.05.2026

Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi

Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq edib.

Qaynarinfo xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında  "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq təsdiq edilib.
 
Vüqar
--> -->