Xəbər lenti

Milli Məclis hər deputata 3150 manat verib tətilə göndərdi
Ölkə09:18 20.07.2014

Milli Məclis hər deputata 3150 manat verib tətilə göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin sədri isə 4500 manat müavinət alaraq istirahətə gedib

Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb.

Xəbərə görə, deputatlara məzuniyyətdə olduğu zaman onların müalicə olunması və istirahət etməsi üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də verilib.

Belə ki, sıravi deputatlar 3150 manat, Milli Məclisin komitə sədrləri 3600 manat, Milli Məclis sədrinin müavini 3825 manat, Milli Məclis sədrinin birinci müavini 4050 manat, Milli Məclisin sədri isə 4500 manat müavinət alaraq tətilə gediblər.

Milli Məclisin payız sessiyası öz işinə sentyabr ayının 30-da başlayacaq. (qafqazinfo.az)

Qaynar.info