Xəbər lenti

Amnistiya Aktı ilə bağlı qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (YENİLƏNİB)
Ölkə14:09 02.11.2021

Amnistiya Aktı ilə bağlı qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, müzakirələrdən sonra qərar layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
17:22
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilir.
Qaynarinfo xəbər verir ki, toplantıda "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirə edilir.
Layihəni parlamentə Prezident İlham Əliyev təqdim edib.
15:44 
Milli Məclisdə Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. 
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyevin imzası ilə "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qanunverici orqana daxil olub.
Layihənin Milli Məclisin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılması gözlənilir.