Xəbər lenti

Milli Məclisə təkrar seçkilərin ilkin nəticəsi açıqlandı
Ölkə05:17 19.06.2016

Milli Məclisə təkrar seçkilərin ilkin nəticəsi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb.
Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, səsvermədə 40203 seçicidən 23292 nəfəri iştirak edib. Onun sözlərinə görə, dairə üzrə bütün seçki məntəqələrinin hesabatı qəbul olunub.
“Saat 08:00-dan 19:00-dək davam edən seçkilərin lider namizədi 19674 (85,56%) səslə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovdur.
Ümid Partiyasının sədri İqbal Ağazadə 1802 (7,84%) səslə ikinci olub”, - MSK sədri deyib.
Qeyd edək ki, seçki dairəsi üzrə 7 namizəd qeydə alınmışdır.
Qaynarinfo.az