Milli Şura Parlament seçkilərində iştirak edib-etməməsi ilə bağlı qərar verəcək. Bu barədə aznews.az-a Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib.
Onun sözlərinə görə, bununla bağlı Milli Şura dəyirmi masa keçirəcək: “Biz hazırda dəyirmi masa keçirmək istəyirik. Bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzinə müraciət etmişik. Yəqin ki, bu, Avropa Oyunlarından sonra baş tutacaq. Bu məsələ ziyalıların, alimlərin iştirakı ilə təşkil olunan dəyirmi masada müzakirə olunacaq və Milli Şura yekun qərar verəcək”.
Qaynar.info