Xəbər lenti

Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi
Siyasət13:55 20.02.2019

Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Qaynarinfo xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.
Qeyd edək ki, Milli Şura mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət ünvanlamışdı.