
Eldəniz Quliyev: “Tərkibin geniş olması keyfiyyətə təsir etməyəcək”
“Hamımız Milli Şuranın geniş spektrdə formalaşmasını istədik”. Bunu Qaynar.info-ya “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.
Onun sözlərinə görə, Milli Şuraya son anda xeyli partiyalar, birliklər qoşulub: “Təbii olaraq Milli Şuranın tərkibi əvvəl planlaşdırdığımızdan daha çox oldu. Biz əvvəl də qətiyyətlə demirdik ki, qurumun tərkibi 51 nəfərdən ibarət olsun. Bu, təxminən belə planlaşdırılırdı. Mənə elə gəlir ki, tərkibin geniş olması keyfiyyətə təsir etməyəcək, əksinə kəmiyyətlə keyfiyyət elə bir-birini tamamlayacaq”.
E.Quliyev qeyd edib ki, Milli Şura demokratik qüvvələrin bir qismini əhatə edəcəkdisə, o zaman sayın çox olması pərakəndənliyə gətirib çıxara bilərdi: “Amma hesab edirəm ki, aparıcı partiyaların nüfuzlu üzvləri, KİV-in kapitanları, hüquq müdafiəçiləri və.s Milli Şurada təmsil olunurlar. Burada say tərkibi ölkədəki demokratik düşərgəyə baxanda o qədər də çox görünmür. Say tərkibi 90-100 arası olacaq”.