Xəbər lenti

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
İdman16:45 06.06.2024

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Qaynarinfo xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb.

Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha güclü olan Qazaxıstan (7:6) millisi Azərbaycanı yarışdan kənarlaşdırıb.

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib - 3:1.