Xəbər lenti

İdman 12:20 15.02.2024

Millimiz Avropanın ən yaxşı komandası oldu

Yunan-Roma güləşi üzrə millimiz üç qızıl, iki gümüş və bir bürünc medal qazanmaqla, medalların əyarına görə cari Avropa çempionatının ən yaxşı komandası olub.
 
Qaynarinfo-nun məlumatına görə, xal fərqində yalnız Türkiyədən geri qalan Azərbaycan güləşin bu növündə 5-ci dəfə (2011, 2018, 2020, 2023, 2024) komanda hesabında qitə birincilliyində ikinci yeri tutub.

Yığmamız ümumilikdə Avropa çempionatlarında 10-cu dəfə ilk "üçlük"də yer alıb. Buna qədər dörd dəfə (2012, 2014, 2016, 2019) fəxri kürsünün üçüncü pilləsinə yüksələn komandamız 2022-ci ildə Avropa çempionu olub.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->