Xəbər lenti

Millimiz İtaliyanı da məğlub etdi
İdman17:25 03.06.2024

Millimiz İtaliyanı da məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir. 

Qaynarinfo xəbər verir ki, Yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib.  

İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb. 

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb. 

Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.