Xəbər lenti

Millimizin baş məşqçisi: "Tarixi gün idi"
İdman06:37 02.12.2023

Millimizin baş məşqçisi: "Tarixi gün idi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tarixi gün idi".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Kipr yığmasına 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.
36 yaşlı mütəxəssis qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri və hamını təbrik edib:
"Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq. Qrupun son oyununda, dekabrın 5-də, "Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar”.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.