Xəbər lenti

Millimizin baş məşqçisini Fransada bomba xəbəri bərk qorxudub
İdman14:28 14.06.2016

Millimizin baş məşqçisini Fransada bomba xəbəri bərk qorxudub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

Qaynarinfo.az xəbər verir ki, o, Parisə gələrkən təyyarə qəzasından qorxduğunu bildirib: 

“Avropa çempionatı üçün Parisə uçurdum. Təyyarəmizdə o qədər yük var idi ki, qəza olacağından qorxurdum. “Şarl de Qol” hava limanına çatanda ikinci şok hadisə yaşandı. Hava limanına bomba qoyulması ilə bağlı xəbərlər var idi. Hər şey sonda yaxşı qurtardı”.

Prosineçki Türkiyə - Xorvatiya (0:1) oyunu haqqında da fikirlərini bildirib: “Matçı izləyə bilmədim. Sevinirəm ki, qalib gəldik. Bu qələbəni Draqo Kosiç və Tomislav Zidakla qeyd etdik. Türkiyə millisindən qorxurdum. Onların daha yaxşı çıxış edəcəyini düşünürdüm. Amma Fatih Terim komandasını yaxşı hazırlaşdırmamışdı və Arda Turanı motivasiya edə bilməmişdi. Çünki o yaxşı oynamadı. Arda “Barselona”da ehtiyatda qalmasının cəzasını çəkir. Hakan Çalhanoğlu da gözlənilənləri vermədi”.

Qeyd edək ki, Robert Prosineçki dünən Fransanın Tuluza şəhərində millimizin növbəti seçmə mərhələdə rəqiblərindən olan Çexiyanın İspaniya ilə görüşünü stadiondan izləyib.

Qaynarinfo.az