Xəbər lenti

Millimizin oyunçusu "Real"la yeni müqavilə imzalayır
İdman14:23 06.04.2021

Millimizin oyunçusu "Real"la yeni müqavilə imzalayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin sabiq basketbolçusu Ceysi Kerroll İspaniya "Real"ı ilə yeni müqavilə imzalayacaq.
"Report" "Marca"ya istinadən xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.
38 yaşlı yarımmüdafiəçi kluba müraciət edərək, daha bir il komandada qalmaq niyyətində olduğunu bildirib. Onun istəyi müsbət qarşılanıb.
Təcrübəli oyunçunun sözləşməsinin müddəti daha 1 il uzadılacaq. Bu, onun "kral klubu"nda 10-cu mövsümü olacaq.
Qeyd edək ki, Ceysi Kerroll 2013-cü ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin formasını geyinib.